Sionist İsrail rejimi 31 fələstinlini həbs edib

Sionist İsrail rejimi 31 fələstinlini həbs edib

İordan çayının qərb sahilində müxtəlif ünvanlara basqın edən sionst İsrail rejimi qüvvələri, aralarında uşaqların da olduğu 31 fələstinlini həbs edib.
 
Maide.Az xəbər verir ki, Əl-Əmari qaçqın düşərgəsində 8 nəfərlik bir ailənin bütün üzvləri həbs olunub.
 
Ramallahdakı Əl-Əmari qaçqın düşərgəsinin sədri Taha Əl-Bis bildirib ki, işğalçı İsrail rejimi səhər erkən saatlarda düşərgəyə hücum edib. 8 nəfərlik ailənin bütün üzvləri həbs edilərək naməlum yerə aparılıb.  
 
Basqın zamanı düşərgədəki gənclər, sionist rejimin əsgərlərinə daş və molotov kokteyli ataraq cavab veriiblər. Əsgərlər isə göz yaşardıcı qazdan və güllədən istifadə edərək qarşılıq verib. /

Google+ WhatsApp ok.ru