Sionist İsrail rejimi  Qəzzaya yardım aparan gəmini ələ keçirdi

Sionist İsrail rejimi Qəzzaya yardım aparan gəmini ələ keçirdi

 
İşğalçı İsrail rejimi ordusu Qəzza blokadasını yarmaq istəyən Azadlıq donanması gəmisinə beynəlxalq sularda müdaxilə edərək saxlayıb. "Zaytuna" adlı gəmi Aşdot limanına gətirilib.
 
Maide.Az xəbər verir ki, Limana gətirilən gəmidə olan könüllülərdən hələ ki, xəbər yoxdur. Onların sorğu-sual edildikdən sonra Təl-Əvivdə yerləşən Ben Gurion hava limanına aparılaraq deportasiya edilməsi gözlənilir.
 
Azadlıq donanmasının mətbuat üzrə nümayəndəsi Ellen Huttu Hansson bildirib ki, İsrail rejimi axşam saatlarında, Qəzza blokadasını yarmaq üçün yola çıxan qadın könüllüləri daşıyan "Zaytuna" adlı gəmiyə beynəlxalq sularda müdaxilə edib.
 
Qeyd edək ki, Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif yerlərindən qeyri-hökumət təşkilatlarının dəstəyini alaraq hərəkət edən Azadlıq donanması Qəzza limanına daxil olmasına mane olan İsrail rejimi əsgərlərini, bu dəfə "qadınların gücü" ilə keçməyi hədəfləyirdilər. Amma bütün səylərə baxmayaraq sionist rejiminin əsgərləri bu dəfə blokadada olan qəzzalılara yardımın çatmasına mane olub.
 

Google+ WhatsApp ok.ru