Sionist İsrail rejimi Qüdsdə daha 181 mənzil tikintisini təsdiq edib

Sionist İsrail rejimi Qüdsdə daha 181 mənzil tikintisini təsdiq edib

Sionist İsrail rejimi Qüdsdəki 2 sionist yaşayış məntəqəsində daha 181 yeni mənzil tikintisini təsdiq edib.
 
Sionist İsrail rejimi radiosundan verilən xəbərdə, Qüds bələdiyyəsinin tabeliyindəki Yerli Planlaşdırma və Tikinti Komitəsinin Qüdsün cənub sektorundakı Gilo sionist yaşayış məntəqəsi ilə şimal sektorundakı Ramat Şlomo sionist yaşayış məntəqələrində 181 yeni mənzil tikintisini təsdiq etdiyi bildirilib.
 
Komitə bir müddət əvvəl Qüdsün şərqində 700-dən artıq mənzilin inşasını da təsdiq etmişdir, hökumət də İordan çayının qərb sahillərində 5500 mənzilin tikintisinə razılıq verib.
 
Beynəlxalq hüquqa əsasən, Şərqi Qüds və İordan çayının qərb sahillərindəki bütün sionist yaşayış məntəqələri qanunsuzdur. (deyerler) /

Google+ WhatsApp ok.ru