Sionust rejimin baş naziri gəmiləri saxlayan əsgərləri təbrik edib

İsrail rejiminin baş naziri Binyamin Netanyahu Qəzza mühasirəsini yarmağı hədəfləyən 3-cü Azadlıq Flotuna beynəlxalq sularda müdaxilə edən İsrail donanmasını təbrik edib.
 
Maide.az-ın məlumatına görə, müdaxilədən sonra verdiyi yazılı açıqlamada, Qəzza mühasirəsini yarılmasının beynəlxalq hüquqa zidd olduğunu iddia edən Netanyahu bunları qeyd edib:
 
"Qəzza zolağına dənizdən girişin qarşısının alınması beynəlxalq hüquqa uyğundur və hətta BMT tərəfindən də dəstəklənir. İsrail özünü beynəlxalq hüquqa uyğun şəkildə müdafiə edən tək demokratiyadır."
 
Netanyahu Qəzzaya qarşı hər hansı bir mühasirənin tətbiq olunmadığını, İsrail rejiminin Qəzzaya vəsait və humanitar yardım girişinə kömək etdiyi yalanını söyləyərək, Qəzzada can təhlükəsizliyinin təmin edildiyini, uşaqların sülh və əminamanlıq içində yaşaması üçün beynəlxalq hüquqa uyğun olaraq addım atdıqlarını iddia edib.
 
Qeyd edək ki,təcavüzçü İsrail rejimi  Fələstini saldığı mühasirəni yarmaq üçün Qəzzaya keçmək istəyən aktivistləri daşıyan “Marianne” gəmisinə qarşı əməliyyat keçirib. 11 mayda İsveçin Göteborq şəhərindən yola çıxan gəmidə əl-Marzuki ilə yanaşı avropalı deputatlar da olub. Özlərinə “Üçüncü Azadlıq Filosu” adını verən aktivistlər blokadanı yararaq dünyanın diqqətini Qəzzada yaşanan insanlıq dramına çəkmək istəyir.
Qeyd edək ki, Sionist rejim bundan öncədə Qəzza zolağını mühasirədən qurtarmağa çalışan humanitar yardımlara hücum etmişdi. Belə ki, 2010-cu il mayın 31-də Sionist İsrail rejimi komandosları tərəfindən mühasirəyə alınmış Qəzza zolağına humanitar yardımları daşıyan  Mavi Marmara gəmisinə edilən hücum nəticəsində 9 Türkiyə vətəndaşı həlak olub bir neçə nəfər isə bədən xəsarəti almışdı. /
 
 

Google+ WhatsApp ok.ru