Siyəzən sakini dərmandan zəhərlənib

Siyəzən rayonunda zəhərlənmə qeydə alınıb.
 
Məşrif kənd sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Şəhla Ənnağı qızı müxtəlif dərmanlar içib, nəticədə halı pisləşib.
 
Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan gənc qız reanimasiya şöbəsinə yerləşdirilib.
 
Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır-stabildir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru