İşsiz qalanlar pul ala biləcəklər

Azərbaycanda işsizlikdən icbari sığorta haqqında qanun layihəsi baxılması üçün icra hakimiyyətinin müvafiq orqanlarına göndərilib.
 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.
 
İşsizlikdən sığorta işsizlik üzrə müavinətdən fərqlənəcək.
 
İşsizlikdən sığorta işsiz qalmış insanlara müəyyən dövr ərzində sığorta ödənişləri almağa imkan verəcək. Sığorta ödənişləri həmin şəxsin öz rəsmi əmək fəaliyyətində həyata keçirdiyi ayırmalar hesabına aparılır.Trend 
 

Google+ WhatsApp ok.ru