Sökülməsi planlaşdırılan “Hacı Cavad” məscidində mənəvi etikaf gecəsi - FOTO

Sökülməsi planlaşdırılan “Hacı Cavad” məscidində mənəvi etikaf gecəsi - FOTO

Sökülməsi planlaşdırılan “Hacı Cavad” məscidində mənəvi etikaf gecəsi
 
Maide.Az İslaminSesi.info saytına istinadən xəbər verir ki, inanclılar ötən gecə də sökülməsi planlaşdırılan “Hacı Cavad” məscidini və ətrafını tərk etməyib. İnanclılar burada mənəvi etikaf gecəsini saxlayıb və bununla yanaşı məscidin sökülməsinə etiraz əlaməti olaraq məscidi və ətrafını tərk etməyib.
 
Qeyd edək ki, bir neçə müddətdir Bakının “Sovetski” adlanan ərazisində həyata keçirilən söküntü işləri çərçivəsində tarixi abidələrə, məscidlərə də ziyan vurulur.
 
Artıq qədim Hacı Əbdürrəhimbəy məscidi sökülüb və indi növbə yüzlərlə “Sovetski” sakininin ibadət yerinə çevrilən “Hacı Cavad” məscidinə çatıb. Artıq bir neçə dəfə məscidi sökməyə cəhd etsələr də, sonradan insanların etirazı bu fikrin ertələnməsinə səbəb olub. QMİ və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin rəsmiləri məscidin sökülməyəcəyi haqda  bəyanat səsləndirsələr də,  ötən gün baş verən mənzərə hadisələrin tam əks istiqamətdə cərəyan etdiyindən xəbər verir. Belə ki, ölkədə "İslam Həmrəyliyi İli" elan olunmasına baxmayaraq, aidiyyatı strukturlar yenidən “Hacı Cavad” məscidini sökməyə cəhd edib. Buna görə ötən gün məsciddə olan inanclılarla polis arasında insident baş verib. 
 
İnanclı insanlar məscidin içərisinə buraxılmasalar da, çöldə öz ibadətlərini yerinə yetirməklə, Allahın evini sökmək istəyənlərə etirazlarını bildirib. Yalnız bundan sonra polis məscidin ərazisini tərk edib və əhalini də dağılışmağa səsləyib. Eyni zamanda əhaliyə məscidin sökülməyəcəyinə dair söz də verilib. Lakin Dini qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhləb Bağırovun və QMİ sədri Allahşükür Paşazadənin mətbuata verdikləri açıqlamalardan bəlli olub ki, polisin vədləri sadəcə əhalini sakitləşdirmək xarakteri daşıyır və ibadət evinin söküləcəyi qətidir. Ümid edirik ki, ölkə rəhbərliyi səviyyəsində problemə müsbət münasibət sərgilənəcək və “Hacı Cavad” məscidi ətrafındakı məsələ öz həllini tapacaq.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru