İslamafobiyanın artdığı Fransada müsəlmanların deyil, yəhudilərin qorunması artırılıb

Fransada "Çarli Hebdo" jurnalına təşkil olunan hücumdan sonra müsəlmanlara qarşı 50-dən artıq hücum faktı qeydə alınıb. 
 
Maide.az xəbər verir ki, Fransa İslam Əleyhinə Aksiyaları Müşahidə Mərkəzi (CFCM) "Çarli Hebdo" təcavüzünün sonra Fransa daxilində müsəlmanlara qarşı 50-dən artıq hücumunun baş verdiyini bildirərək, ölkədəki müsəlmanlara aid ibadət yerlərinin daha yaxşı qorunmasını istəyib.
 
CFCM sədri Abdullah Zəkri son dövrdə Avropada müsəlmanlara qarşı hücumlarda artım baş verdiyinə diqqəti çəkib.
 
Müsəlmanlara qarşı 21 ədəd silahlı və bombalı hücum cəhdindən başqa, yenə müsəlmanlara qarşı 33 ədəd təhqir və təhdidin rəsmi qeydiyyatdan keçdiyini bildirən Zəkri, son proseslərin narahatedici olduğunu bildirib.
 
Fransa Daxili İşlər naziri Bernard Cazeneuve bu gün səhər verdiyi açıqlamada ölkədəki yəhudilərə aid həssas yerlərin qorunmasını artırmaq üçün xüsusi bir idarə yaratdıqlarını bildirib. Bunun üçün 4 mindən artıq polis və jandarm vəzifələndirilib. Amma daxili işlər naziri müsəlmanlara aid yerlərin qirunması barədə hər hansı bir tədbirdən bəhs etməyib.

Google+ WhatsApp ok.ru