İslamafob Quranı araşdırmaqla müsəlman oldu

İslamafob Quranı araşdırmaqla müsəlman oldu

İsveçrəli siyasətçi Daniel Astriks bu ölkədə minarə inşasının qadağan edilməsi üçün həddən artıq səy edənlərdən bir kimi tanınırdı. Artıq bir neçə ildir ki, o, İslam dinini qəbul edərək müsəlman olub.
 
Deyerler.org aboutislam saytına istinadən xəbər verir ki, İsveçrə Xalq Partiyası üzvlərindən olan Daniel Astriks İsveçrə daxilində minarə qadağasının tətbiq olunması mərhələsinə qədər səy edənlərdən sayılırdı. O, İsveçrə daxilində müsəlmanlara qarşı mənfi bir rəy formalaşdırılmasında fəal rol oynayıb və bu yolda qismən uğurlar da əldə edib.
İslamafobiya kampaniyaları vaxtı Daniel Astriks İslam dini və müsəlmanlar barədə mübahisələrdə Quran və İslam dini təlimlərini oxuyub başa düşmək üçün səy göstərib. Bu səyləri vaxtı mərhələli şəkildə Quranın ayələrini qəbul etdiyini hiss edir. Bir xristian ailəsində dünyaya gəlmiş Astriks, intensiv şəkildə Quran ayələrindən təsirlənərək, nəticədə 2005-ci ildə siyasi fəaliyyətlərini dayandıraraq, İslam dinini qəbul edib. Daniel Astriks İslam dinini qəbul etmək şərəfinə nail olduqdan sonra, müsəlmanlara qarşı İsveçrə Xalq Partiyasının fəaliyyətini pisləməyə başlayır.
 
"İncili oxumaq və kilsəyə getmək vərdişlərim var idi. Hazırda Quran oxuyuram gündə beş vaxtda namaz qılıram. Mən xristianlıqda bilmədiyim həyatın həqiqətini İslamda tapdım. İslam həyatın mühüm suallarına məntiqli cavablar verir. Amma xristianlıqda belə deyil", - deyə o bildirib.
 
Astriks hazırda İsveçrədə mühafizəkar demokrat partiyası qurmaq üçün çalışır. Əvvəlki partiyasının əksinə, dinlərarası dostluq və sülh şəraitində yaşamağı stimullaşdırmağa istiqamət götürüb.
Bir vaxtlar ölkəsində minarə inşa edilməsinin əleyhinə olan Daniel Astriks, bu gün İsveçrədə beşinci və ən gözəl məscidi qurmağı planlaşdırır.
 

Google+ WhatsApp ok.ru