`İslamdan dəm vururlar, amma sionistlərin nökəridirlər`

Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani Hizbullah təşkilatı ətrafında yaradılmağa cəhd göstərilən mənfi fikilərə münasibət bildiriblər

Mərceyi təqlidlər Ayətullah Üzma Nasir Məkarim Şirazi və Ayətullah Üzma Nasir Hüseyn Nuri Həmədani son günlər Livanın Hizbullah təşkilatı ətrafında yaradılmağa cəhd göstərilən mənfi fikilərə münasibət bildiriblər. 
 
Maide.az xəbər verir ki, Ayətullah Üzma Nasir Məkarim Şirazi bildirib ki, işğalçı sionist rejimi bu gün qeyri-rəsmi olaraq Ərəb Birliyinə baş katiblik edir və bəzi Ərəb ölkələrinin başçıları sionist rejiminin quluna çeviriliblər: "Bunun ən aşkar dəlili də budur ki, Ərəb Birliyi sionistlərin birinci dərəcəli düşməni sayılan Livan Müqavimət Hərəkatını (Hizbullah) terrorist qruplaşması adlandırdı. Yalandan İslam adına iddia edən Ərəblərin işləri çox təəccüb doğurur. İslamdan dəm vururlar, amma sionistlərin nökəridirlər, Hizbullahı isə terrorist adlandırırlar. Hamı bilir ki, Hizbullah Ərəb tarixində şücaət və şəhamət simvoludur və sionistlərin məğlubedilməzliyi əfsanəsini heç etdi."
 
İslam alimi verilən nemətlərə görə həmişə Allaha şükürlər edilməsini və aramıza bəla düşməməsi, nemətlərin bizdən alınmaması üçün muğayat olmağı məsləhət bilib: "Allah bizi nəfsimizin öhdəsinə buraxmasın, yoxsa, çox ağır müsibətlərə düçar olarıq. Düşmənlər bütün gücləri ilə çalışırlar ki, bizi Allahdan uzaqlaşdırsınlar, bizi nəfsimizə qul etsinlər. Əgər nəfsimizə qul olsaq həm xalqın, həm də Xaliqin düşməni olacayıq."
 
Ayətullah Üzma Nasir Hüseyn Nuri Həmədani isə məsələyə münasibət bildirərkən deyib ki, Seyid Həsən Nəsrullahın başşılıq etdiyi Livan Müqavimət Hərəkatını terrorist adlandırmaq kinli düşmənin hiyləsidir: "Hizbullaha terrorist deyən dövlətlər özləri terrorist yetişdirirlər. İŞİD və təkfirçi terrorist qruplaşmaları onların əli ilə yaradılıb və indi də deyirlər məzlumların müdafiəçisi olan Hizbullah terroristdir! Hizbullah İslam, müsəlmanlar və müqavimətin arxa dayağıdır. Sionistlərin qarşısında qüdrətlə durub." 
 
Ayətullah Həmədani Həzrət Zəhranın (s.ə) şəhadətinə də işarə edərək bildirb ki, Xanım Zəhranın (s.ə) əzadarlıq məclislərində O həzrətin vilayətin müdafiəsində dediyi çox zəngin mövzuları əhatə edən "Fədək Xütbəsi" insanlar üçün təfsir olunmalı və tarixin həqiqətləri deyilməlidir: "Bu günlərdə əməl və sözümə diqqət etməliyik ki, müsəlmanların birliyinə xələl gəlməsin. Əsas vəzifələrimizdən biri və əsası da Vəhdəti qorumaq və yaşatmaqdır." iqna.

 

Google+ WhatsApp ok.ru