İslam dünyasının liderləri Moskvada toplaşacaqlar

Sentyabr ayında islam dünyasının liderləri Moskvada toplaşacaqlar. 
 
Dəvət edilənlər siyahısında Səudiyyə Ərəbistanının, Fələstinin, İordaniyanın, Qətərin, Küveytin, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Azərbaycanın, Türkmənistanın, Özbəkistanın, Tacikistanın, İranın və digər dövlətlərin başçıları var.  
 
“İzvestiya”nın məlumatına əsasən tədbir sentyabr ayının ikinci yarısına planlaşdırılıb. Həmin vaxt Moskvada Mir prospektində məscidin açılışı olacaq. Rusiya Federasiyası muftilərinin Şurasında açılışın müsəlmanların müqəddəs bayramı olan Qurban bayramı ərəfəsində olacağı bildirilib.
 
Tədbirdə iştirak edəcəklərini ilk olaraq ABŞ, Türkiyə, Hindistan, Çad, Sudan, Liviya, İraq bildirib.
 
Məscidin inşasına bir çox islam ölkələrinin rəhbərləri nəzarət ediblər. 
 
Moskva məscidi tutumuna görə Avropada ən böyük məscid olacaq. Onun sahəsi 19 min kvadrat metrdir. Məscid altı mərtəbəli olacaq. Qadınlar və kişilər üçün namaz zallarından başqa məsciddə konfrans zalı, eləcə də sərgi qalereyası olacaq.

Google+ WhatsApp ok.ru