İslam ölkələri arasında ticarət dövriyyəsi artıb

İslam ölkələri arasında ticarət dövriyyəsi artıb

2017-ci ildə İslam ölkələri arasıdna ticarət dövriyyəsi 322,2 milyard dollar təşkil edib.

Maide.Az xəbər verir ki, bu barədə “Ərəbi Əl-Yəvm” xəbər portalı məlumat verir.  Daha çox BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Malayziya, Misir, Pakistan, Oman və İraqı əhatə edən ticarət dövriyyəsi  2016-cı ilə nisbətən  təxminən 6 faiz artıb.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələr arasındakı ticarət dövriyyəsinin 74,6 faizi də məhz adıçəkilən dövlətlərin payına düşür.

Artım neft, mədən sənayesi və ərzaq məhsullarının qiymətinin bahalaşması ilə  əlaqələndirilib.

Qeyd edək ki,  bir müddət əvvəl  Ali Rəhbər Seyid Əli Xamenei  çıxşı zamanı İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin, xüsusilə ticarət dövriyyəsində  qeyri-müsəlman ölkələrə deyil, müsəlman dövlətlərinə yönəlməyin vacibliyini vurğulamışdı.

Qeyd olunmuşdu ki,  dünyada İslam düşmənlərinə qarşı mübarizənin ən effektiv yolu, məhz iqtisadi əlaqələrin  düzgün qurulması və müsəlman dövlətlərinin bir-birinə  dəstək verməsindən birbaşa asılıdır.  Həmçinin  imperialistlərin  neftin qiymətini aşağı salınması istiqamətində apardığı siysətə cavab olaraq qeyri-neft sektorunun  inkişaf etdirilməsi prioritet hesab olunmuşdu. 

Rəqəmdə az olsada bu artım ümumilikdə İslam dövlətlərinin  xeyrinə olan  məsələdir. 

Qütbləşmənin getdiyi bir zamanda bu cür addımlar inkişafa və dünya arenasında müsəlmanların daha çox söz sahibi olmasına gətirib çıxara bilər.

 

 

Google+ WhatsApp ok.ru