İslamçı məhbus, jurnalist Araz Quliyev bu gün “krıtı”ya köçürülür

Araz Quliyev və daha iki məhkum, 14 saylı CÇM-dən Qobustan qapalı tipli həbsxanaya köçürülür 

Maide.az-ın "Cenubnews.com"a istinadən verdiyi xəbərə görə, Araz Quliyev və daha iki məhkum Qobustan qapalı tipli həbsxanaya bu gün köçürülür.  
Xatırladaq ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev sözügedən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra, 14 saylı CÇM-nin məhkumları E.Babayevin ölümünə görə, etiraz aksiyası keçiriblər.Aksiyada CÇM-nin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alaraq orada olan üsyanı sakit edən hicab məhbusları- baş redaktor Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və CÇM-də namaz qılan digər məhkumlar 14 saylı CÇM-nin rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar. Beləki, Ə.İbrahimov əvvəl inanclı məhkumlardan İ.Hətəmovu və R.Ağalını həbsxana daxilindəki karserə salıb.Daha sonra dekabr ayının 26-da səhər saatlarında 14 saylı CÇM-ə xüsusi təyinatlı qüvvələr yeridilərək orada olan məhkumlar amansızcasına döyülüb.Sonra orada olan inanclı məhkumlar Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) işgəncə verilmək üçün aparılıb.İşgəncə verilmək üçün aparılan 11 məhkum, adıçəkilən müalicə müəssisəsinin rəisi Nizami Quliyev tərəfindən ağır şəraitdə, amansız işgəncələrə məruz qalıblar.Lakin bir müddət “Tubzon”da saxlanılan məhkumlar yenidən 14 saylı CÇM-ə qaytarılıb. Fevral ayının 10-dan sözügedən CÇM-ə qaytarılan məhkumlar yenidən “kars”a salınıb.Həmən məhkumlardan yalnız Araz Quliyev və Miryusif Əsədov “bunker”ə (gözdən uzaq yerin altında) salınıb.Mart ayının 11-dən sonra karserdə olan məhkumlardan 8 nəfəri cəza kamerasından azad edilib.

Lakin Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun karser cəzası CÇM-nin rəisi Əli İbrahimov tərəfindən yenidən artırılıb. Mart ayının 19-da gunorta saatlarında müəssisənin rəisi Ə.İbrahimov adıçəkilən üç məhkuma bayram hədiyyəsi verib.Belə ki, Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun 14 saylı CÇM-nin daxilində məhkəməsi keçirilib.Məhkəmənin qərarı ilə onların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarılıb.

Göründüyü kimi əksər cəzaçəkmə müəssisələrdə olduğu kimi, sözügedən CÇM-nin rəisi Əli İbrahimov da inanclı insanlara qarşı qərəzli mövqedə olması üçün “yuxarılar”dan əmr alıb.Ə.İbrahimov rəhbərlik etdiyi CÇM-də aksiya keçirənləri, nadzorları döyənləri deyil, orada olan üsyanı sakitləşdirməyə çalışan məhkumları cəzalandırır.Və onlara ağır işgəncələr verdirir.

Qeyd edək ki, məhkum Elşad Babayevin ölümündən sonra hələ də heç bir CÇM-nin əməkdaşı cəzalandırılmayıb. cenubnews /
 

 

Google+ WhatsApp ok.ru