İslamofobiyaya son adlı konfrans keçirildi

Bu gün Bakı Mətbuat Mərkəzində MMDİB-in təşkilatçılığı ilə "İslamofobiyaya son" adlı konfrans keçirib
İslamazeri.az xəbər verir ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Yeni islamofobiyalara yox!" - Fransa olaylarına bir baxış adlı konfrans keçirilib.

Konfransda Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli, MMDİB sədri Ruhullah Novruzzadə, DEVAM sədri İlqar İbrahimoğlu, AİP sədr əvəzi Elçin Manafov və "Müsəlman Birliyi Hərəkatı"-nın sədr əvəzi Elçin Qasımov çıxış edib.

Konfrnansda son günlər Qərb ölkələrində, o cümlədən Fransada islam dini əleyhinə təbliğatın aparılması, peyğəmbərin (s) karikaturasını müxtəlif qəzet, jurnal, saytlarda yerləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. /

 

 



 

Google+ WhatsApp ok.ru