İslam Oyanışı Assambleyası yekun bəyanat verib 24 Oktyabr 2016 01:00 Dünya Bağdadda Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısı iki gün davam etdikdən sonra bitib və yekun bəyanat qəbul olunub. Maide.Az xəbər verir ki, yekun bəyanatda İslam dünyası qarşısında olan problemlər o cümlədən Yəmənə təcavüz, Suriya və İraqda terrora qarşı mübarizə, Bəhreyn və Nigeriyada insanların ictimai siyasi hüquqlarının bərpası, Fələstinin ərazilərinin işğaldan azad edilməsi və fələstinlilərin insani hüquqlarının bərpası və sair kimi mühüm məsələlər qeyd edilib. Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 2 günlük 9-cu toplantısının yekun bəyanatında mövcud problemlərin aradan qaldırılması üçün həlli yolları irəli sürülüb və bu istiqamətdə siyasətçilər, alimlər, mütəfəkkirlər və nüxbə insanların daha çox rol oynaması məsələsinə təkid edilib. Səkkiz bəndlik bəyanatın sonunda bütün islam ölkələrinin və islam ümmətinin oyaq olması vurğulanıb. Bildirilib ki, hazırda dünya imperialistləri və hegemonları islam dünyasına qarşı müharibəni birbaşa deyil, vasitə ilə irəli aparırlar ki bu da islam dünyasında müsəlmanları qarşı qarşıya qoyur. Qeyd edək ki, Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısında Azərbaycan ruhaniləri də iştirak ediblər. Bu toplantıda Azərbaycan ruhanilərindən Sərdar Hacıhəsənli və Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ruhani İlqar İbrahimoğlu da iştirak ediblər. (islaminsesi) Teqlər : #İslam Oyanışı Assambleyası yekun bəyanat verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seyid Həsən Nəsrullahdan Ərdoğana Mosul cavabı Aİ rəsmilərini daşıyan təyyarə qəzaya uğradı, ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO