İslam Partiyasının bayram tədbiri ləğv edildi

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun atası Mərdan Səmədovun vəfatı ilə əlaqədar İslam Partiyasının 7 yanvarda Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu münasibəti ilə düzənlədiyi bayram tədbiri ləğv edildi.

Maide.az-ın məlumatına görə, AİP-in təşəbbüsü ilə İslam Peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mövludunun yanvarın 7 də "Mədinə gülü" restoranında qeyd edilməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, İslam Partiyasının sədri Mövsüm Səmədovun atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra yanvarın 5-də axşam vəfat edib.

Qeyd edək ki, mərhum bu gün  - yanvarın 6-da yaşadığı Quba şəhərində dəfn olunub. Dəfn mərasimində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvləri, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri və fəalları, Azərbaycan İslam Partiyasının  funksionerləri  və ölkənin müxtəlif bölgələrindən olan yüzlərlə inanclı şəxs  iştirak ediblər.

Google+ WhatsApp ok.ru