Mövsüm Səmədovun atası dəfn edildi - FOTO-VİDEO

Xəbər verdiyimiz kimi dünən Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Maide.az xəbər verir ki, dəfndə iştirakla bağlı Mövsüm Səmədovun vəkili Anar Qasımlı əlaqədar orqanlara müraciət etsə də, hələ də heç bir cavab ala bilmədiyini deyib.

Maide.az əməkdaşının bildirdiyinə görə, cənazə namazı qılınıb, dualar oxunub. Sonra mərhum yaşadığı Quba şəhərində dəfn edilib.

Qeyd edək ki, dəfn mərasimində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvləri,  Azərbaycan İslam Partiyasının  funksionerləri, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri və fəalları və ölkənin müxtəlif bölgələrindən olan yüzlərlə inanclı şəxs  iştirak ediblər.

 

Google+ WhatsApp ok.ru