Sülhməramlılardan ibarət 10 təyyarə Qarabağa uçub - VİDEO

Sülhməramlılardan ibarət 10 təyyarə Qarabağa uçub - VİDEO

Rusiya Müdafiə Nazirliyi sülhməramlılardan ibarət ilk 4 təyyarənin Dağlıq Qarabağa yola düşdüyünü açıqlayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, açıqlamada deyilir:
 
“Rus sülhməramlılarını Dağlıq Qarabağ münaqişəsi zonasındakı missiya bölgəsinə aparan ilk dörd İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxdı. Göyərtədə sülhməramlı hissənin şəxsi heyəti, nəqliyyat vasitələri, zirehli texnika var”.
 
Bundan sonra daha 5 təyyarənin yola düşdüyü bildirilib.
 
Rusiya MN Dağlıq Qarabağ münaqişəsi zonasında ümumilikdə 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnikanın yerləşdiriləcəyini xatırladıb.
 
Rusiya Müdafiə Nazirliyi sülhməramlılardan ibarət ümumilikdə 10 təyyarənin havaya qalxdığılnı bildirib.
 

 

Google+ WhatsApp ok.ru