Sülh mesajı- Amerikada məscidin təhqir edilməsinə müsəlmanların reaksiyası

Amerika Müsəlman Cəmiyyəti Bostona yaxın “Burlinqton” şəhərində yerləşən məscidə irqçi hücumun cavabında sülh və İslam dostluğu mesajı verərək, məscidin divarlarını bərpa etməyə başlayıb.
 
Maide.az xəbər verir ki, Burlinqton şəhər müsəlmanlarının rəhbərləri 4 oktyabrda digər dinlərin rəhbərlərinin iştirakı ilə toplantı keçirərək, şəhər məscidinə xəsarət yetirən şəxslərin rəftarını pisləmiş və məscidin divarlarını simvolik olaraq sülh və dostluq məzmunu daşıyan İslam mesajları ilə bəzəyiblər.
 
Tədbir İslam- Amerika Əlaqələri Şurasının Massaçusets əyalət filialının dəstəyi ilə keçirilib.
 
Tədbirdən əvvəl irqçiliyi və islamofobiyanı pisləyən bəyanat yayıb.
 
Qeyd edək ki, üç gün əvvəl bir neçə irqçi şəxs təxribat törədərək, Burlinqton  İslam Mərkəzinin ərazisinə daxil olaraq sprey vasitəsilə Mərkəzin divarlarına “USA” sözü yazıblər və məscidin divarlarına isə bir neçə yumurta atıblar. Bu addım məscidin fasadının və vizual gözəlliyinin  korlanmasına səbəb olub. /
 

Google+ WhatsApp ok.ru