İsmail Haniyə şəhid Süleymaninin vida mərasimində: Bu cinayəti törədənlər cəzalandırılmalıdır

İsmail Haniyə şəhid Süleymaninin vida mərasimində: Bu cinayəti törədənlər cəzalandırılmalıdır

Xəbər verdiyimiz kimi Tehran universitetinin meydanında İran vaxtı ilə saat 8:00-da şəhid Qasim Süleymani və digər şəhidlər üçün cənazə namazı qılınması mərasimi başlayıb. 
 
Maide.Az xəbər verir ki,  Azadi meydanından Tehran univeritetinə doğru bütün yollar insan izdihamı ilə tutulub. Mərasimə Ali Rəhbər Ayətullah Xameneinin qatılması və cənazə namazı qılması gözlənilir.
 
HƏMAS lideri İsmayıl Haniyə də mərasimdə iştirak üçün Tehrana gəlib.
 
Mərasimdə iştirak edən  İ.Haniyə bildirib ki, biz bu gün burdayıq  müqavimət yolunda  fədakarlıq etmiş bir komandir haqqında öz hisslərimizi bəyan edək. “Bİz elan edirik ABŞ-ın vəhşicəsinə törətdiyi bu cinayət onların cinayətkar ruhlu olmasının göstəricisidir. Onlar  Fələstin torpaqlarında da bu cinayətləri törədirlər.”
 
İ.Haniyə deyib ki,  bu cinayəti bütün dünyada pislənməli və  cinayəti törədənlər cəzalandırılmalıdır. 
 
O deyib ki, general Hacı Qasim Süleymani Qüds şəhididir. 
 

Google+ WhatsApp ok.ru