İsmayıl Hənyə sionist rejimlə hər cür müzakirə ilə müxalifət edib 18 İyun 2016 01:00 Fələstin Fələstin İslam Müqaviməti Hərəkatı-Həmas-ın siyasi bürosunun sədr müavini sionist rejimlə hər cür müzakirə və sazişi rədd edib. Maide.Az-ın məlumatına görə, Həmas-ın siyasi bürosunun sədr müavini İsmayıl Hənyə Qəzzə şəhərinin cümə namazı xütbələrində Fələstin məsələsinin həlli üzrə Fransanın təklif etdiyi sülh layihəsi ilə müxalifət edərək, vurğulayıb ki, fələstinlilərin sionist rejimlə müzakirə masası arxasına qayıtmaları fələstinlilərin haqlı hüquqları və sabit əsas və prinsiplərindən əl çəkmək, imtiyaz vermək və batil məğlubiyyət dövriyyəsinə qayıtmaq deməkdir. Hənyə habelə bəzi ərəb ölkələrinin sionist rejimlə əlaqələrini adiləşdirmək üzrə hərəkətlərini tənqid edib və bildirib ki, bəzi ərəb ölkələri bu rejimlə əlaqələr qurmaq üçün bir-biriləri ilə rəqabətə başlayıblar. Həmas-ın siyasi bürosunun sədr müavini həmçinin Qəzzə zolağı ilə yeni savaşa girmək barədə sionist rejimə xəbərdarlıq edərək, deyib ki, Fələstinin müqavimət qüvvələri bu gün hər zamandakından daha artıq hazırlığa malikdirlər. / Teqlər : #İsmayıl Hənyə sionist rejimlə hər cür müzakirə ilə müxalifət edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimindən fələstinlilərə qeyri-adi qadağan İsrail əsgərləri Fələstinlilərə atəş açdı, 1 ölü, 7 yaralı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar