'Snapchat' Tvitter-i geridə qoyub

'Snapchat' Tvitter-i geridə qoyub

Mobil mesajlaşma tətbiqi "Snapchat"ı yaradan "Snap" şirkəti səhmlərinin ilk kütləvi yerləşdirməsini (IPO) Nyu-York birjasında başlayıb.
 
Hər biri 17 dollardan təqdim edilən səhmlər 2 saat sonra 25.75 dollara çıxaraq 51 faiz qazanc əldə edib.
 
 
3.4 MİLYARD DOLLAR GƏLİR
 
Beləcə, "Snap"ın bazar dəyəri təxminən 36 milyard dollar olarkən, IPO etdiyi ilk gündə bazar dəyəri təxminən 11 milyard dollar olan Tvitter-i geridə buraxıb.
 
Nyu-York birjasında bu gün ən çox seçilən səhmlər "Snap" şirkətinin olarkən, IPO-nun ilk 1 saatı içində təxminən 100 milyon "Snap" səhmi alınıb-satılıb.
 
IPO-dan 200 milyon hissəsini 17 dollardan sataraq 3.4 milyard dollar əldə edən "Snap"ın bu gəliri infrastruktur xərcləri, araşdırmaya və yeni işçi qüvvəsinə xərcləyəcəyi təxmin edilir.
 
"Snap" firması 2015-ci ildə 372.9 milyon dollar zərər edib, ötən ilsə bu məbləğ 514.6 milyon dollara yüksəlmişdi.

Google+ WhatsApp ok.ru