Son iki gündə 3 nəfər zəhərlənmədən ölüb

Son iki gündə 3 nəfər zəhərlənmədən ölüb

Son iki gündə 3 nəfər zəhərlənərək ölüb.
 
Daxili İşlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, yanvarın 13-də Sumqayıt şəhərində yaşayan Sabir Nağıyev zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 14-də orada ölüb.
 
Bundan başqa, yanvarın 10-da sirkədən zəhərlənmə ilə xəstəxanaya gətirilən Hacıqabul rayon sakini Zöhrə Məmmədova yanvarın 14-də orada ölüb.
 
Gəncə şəhərində yaşayan xarici vətəndaş Zair Vəliyev isə yanvarın 14-də dəm qazından zəhərlənərək ölüb.
 
Baş verən faktlarla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru