Son 24 saatda 700 nəfər Afrini tərk etdi

Son 24 saatda 700 nəfər Afrini tərk etdi

-- Rusiya hərbi polisi Afrindən qaçqın axınını müşahidə etməyə davam edir

Son 24 saat ərzində 700-dən artıq adamın Suriyanın Afrin rayonunu tərk etdiyi bildirilib.

Bu barədə Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzindən Yuriy Yevtuşenko açıqlama verib.

Yevtuşenko bu günkü mətbuat konfransında "Təl Rıfat gərginliyi azaltma bölgəsində xidmət edən Rusiya hərbi polisi Afrindən qaçqın axınını müşahidə etməyə davam edir.

Son 24 saatda 700-dən çox adam qarşıdurmaların baş verdiyi bölgəni tərk edib", - deyib.

Xatırladaq ki, daha əvvəl də Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzindən Rusiya hərbi polislərinin TSQ-nin Zeytun Budağı əməliyyatını həyata keçirdiyi Afrindən çıxan təxminən 2 min adamın Hələbə getmək üçün yola düşdüyünü müşahidə etdiyi bildirilmişdi.   (eastnews.org)

Google+ WhatsApp ok.ru