Son 24 saatda düşmən ordusu misli görünməmiş atəşkəs pozuntusu edib 01 Dekabr 2014 02:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Mərzili, Baş Qərvənd, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Son 24 saatda düşmən ordusu misli görünməmiş atəşkəs pozuntusu edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaralanmış hərbçimiz vətənə qayıtdı- Fotolar Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 37 dəfə pozulub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'