Son 3 ildə 10 yeni həbsxana

Misirdə 2013-cü ildə çevrilişdən sonra onuncu böyük həbsxana tikilməsinə qərara verilib.
İslaminSesi AA-a  istinadən bildirir ki, Misirdə çevrilişdən sonra artıq onuncu həbsxananın tikilməsinə qərar verilib. Misir Daxili işlər naziri Məcidi Abdulqaffar Kayubiyə şəhərində yeni böyük  bir həbsxananın tikiləcəyini açıqlayıb. 
 
Bildirilib ki, bu yeni həbsxana son 3 ildə tikilən onuncu həbsxana olacaq. Hətta Misirdə özəl həbsxanaların da açılma ehtimalı vurğulanıb. Bu isə Misirdə insan hüquqlarının və demokratiyanın bundan sonra dərin məhdudiyyətlərə məruz qalacağının bariz nümunəsidir. 

Google+ WhatsApp ok.ru