Bişkekdə Məbəs bayramı tədbiri keçirilib - FOTO

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə İslam peyğəmbərinin (s) peyğəmbərliklə vəzifələndiyi gün münasibəti ilə "Məbəs" bayram tədbiri keçirilib. 
 
Maide.Az xəbər verir ki, İmam Əli (ə) adına məsciddə təşkil olunan məclisdə ilk öncə Quran tilavət olunub. 
 
Sonra Ruhani Kərbəlayi Azad Məbəs günü münasibəti ili məclis iştirakçılarını və İslam ümmətini təbrik edib və besətin hədəfləri mövzusunda çıxış edib.  Daha sonra İmam Əli (ə) məscidinin imamcamatı  Hacı İlqar da öz növbəsində məclis iştirakçıları və müsəlmanları Məbəs bayramı münasibəti ilə təbrik edib. 
 
Tədbirdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak ediblər. 
 
Məclisdə böyük coşqu ilə Peyğəmbər (s) və Əhli-Beytin (ə) şəninə şer və ilahilər səsləndirilib. 
 
Bayram tədbiri şam namazı, dua və ziyafət süfrəsi ilə yekunlaşıb.
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru