Son 5 ildə ilk dəfə:  İran və  Britaniya bir-birinə səfir göndərib

Son 5 ildə ilk dəfə: İran və Britaniya bir-birinə səfir göndərib

İngiltərə İrana və rəsmi Tehran isə Britaniyaya yeni səfirlərini təyin edib.

Maide.Az xəbər  verir ki, Britaniyanın Tehrana göndərdiyi yeni səfirin adı Nikolas Hoptan və İranın Britaniyaya göndərdiyi yeni səfirin adıisə Həmid Bəidinejaddır.

Hər ikiölkənin səfirləri eyni vaxtda  səfir təyin olunduqları ölkənin  XİN-ində olub və öz etibarnamələrini  nazirlərə təqdim ediblər.

Qeyd edək ki, 2011-ci il noyabrın 29-da İrana qarşı sanksiyalara etiraz olaraq, Böyük Britaniyanın İrandakı səfirliyinə basqın edilmişdi. Həmin hadisədən sonra rəsmi Londonla Tehran arasında bütün əlaqələr, o cümlədən diplomatik münasibətləri kəsilmişdi. Ötən ilin yayında İranın atom-nüvə proqramı ilə bağlı razılaşmadan sonra tərəflər arasında isti münasibət yaranmağa başlayıb.

Son 5 ildə Britaniya və İran ilk dəfədir ki,  qarşılıqlı səfir təyin edirlər.

 

 

Google+ WhatsApp ok.ru