Son günlərdə davam edən qızmar istilər sabah nisbətən soyuyacaq

Son günlərdə davam edən qızmar istilər sabah nisbətən soyuyacaq. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 18 avqusta olan hava proqnozunu açıqlayıb.
 
Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, gündüz saniyədə 5-10 metr sürətlə cənub-şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 14 metrə çatacaq. Temperatur gecə 23-27° isti, gündüz 34-38° isti olacaq.
 
Bakıda gecə 25-26°, gündüz 36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperature - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti olacaq.
 
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, 3-8 metr sürətlə şərq küləyi əsəcək. Temperaturun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək. Temperatur gecə 13-18°, gündüz 26-31° isti olacaq.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək. Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, 5-10 metr sürətlə əsən şərq küləyi əsəcək. Temperatur gecə 18-23°, gündüz 32-37° isti olacaq.
 
Mərkəzi Aran-Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.
Temperaturun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək, saniyədə 3-8 metr sürətlə şərq küləyi əsəcək. Temperatur gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacaq. ANS PRESS /

Google+ WhatsApp ok.ru