Son günlər 61 nəfər günvurmaya məruz qalıb

Son günlər 61 nəfər günvurmaya məruz qalıb

İyun ayının 1-dən avqust ayının 1-nə qədər 61 nəfər günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
 
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
 
Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib: 
“Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.
 
L.Bayramova günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib. /

Google+ WhatsApp ok.ru