Sosia şəbəkələrdə Fələstin xalqına geniş dəstək

 Sosial ictimai şəbəkələr və internet resursları Fələstin xalqına dəstək məqsədi ilə geniş yer ayırıblar. FaktXəbər-in “Əl-Manar” televiziyasına istinadən verdiyi məlumata görə, İsrailin döyüş təyyarələrinin  Qəzzanı bombalaması nəticəsində şəhid olan kiçik yaşlı uşağın tükürpədici görüntüləri və başının bir hissəsi qopmuş uşağın nəşi üzərində fəryad edən atasının ürək sızladan görüntüləri internet istifadəçiləri tərəfindən geniş paylaşılıb.
 
İnternet səhifələrində bu kadrları izləyənlər müxtəlif şərhlər yazıblar.
 
Həmçinin internet resurslarında Qərb ölkələrinin, xüsusi ilə ABŞ və həmçinin ərəb mürtəce rejimlərinin mənalı sükutu ilə bağl karikaturalar paylaşıblar. Fələstin şəhidlərinin şəkilləri, Fələstinlilərin mitinqlərinin fotoları, Ərəb dövlətlərinin mövqeyini tənqid edən yazılar internet resurslarında ən geniş yer alan məlumatlar olub. Məlumatda bildirilir ki, daha çox Ərəb ölkələrinin vətəndaşları bu kadrların internetdə geniş yayımlanmasını təşkil ediblər.
 
BMT Uşaq Fondu (YUNİSEF) bəyanat yayımlayaraq İsrail ordusunun Qəzzaya son hücumları zamanı ən azından 33 fələstinli uşağın şəhid olduğunu və yüzlərlə uşağın isə yaralandığını elan edib.

Google+ WhatsApp ok.ru