`Sovetski`də yerləşən qədim Hacı Əbdürrəhimbəy məscidi söküldü - FOTO

`Sovetski`də yerləşən qədim Hacı Əbdürrəhimbəy məscidi söküldü - FOTO

Aprelin 11-də paytaxt Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən  Hacı Əbdürrəhimbəy məscidi sökülüb. 
 
Maide.Az Faktxeber-ə istinadən xəbər verir ki, məscidin söküntüsü ötən axşam aparılıb. 
 
Məscidin binası  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunub, 3607 №-li inventarla qeydiyyatda olub.  
 
Hacı Abdürrəhimbəy Qulubəyov məscidinin ərazisinin bir hissəsi 18 mərtəbəli binanın avtomobil parkına, digər hissəsi isə yaşıllıq zolağına düşdüyündən bu məscid dağıdılıb. 
 
Xatırladaq ki,  söküləcəyi deyilən digər tarixi məscid - Hacı Cavad məscidinin dini icması da ötən gün Azərbaycan Prezidentinə müraciət edib. 
 

  

 

  

 

Google+ WhatsApp ok.ru