Xaricdə dollar ucuzlaşır, Azərbaycanda ucuzlaşır

Xaricdə dollar ucuzlaşır, Azərbaycanda ucuzlaşır

"Yeni Müsavat" qəzetində "Dünya bazarında bahalaşan dollar Bakıda ucuzlaşır" sərlövhəli məqalə oxumaq olar.
 
Mövzu iqtisadçı-ekspert Vüqar Bayramlı ilə müzakirə edilir.
 
Müəllif öncə xatırladır ki, Mərkəzi Bankın aprelin 11-də keçirdiyi növbəti valyuta hərracında dollar cüzi də olsa manata nisbətdə ucuzlaşıb. Artıq 1 ABŞ dolları 1.7029 manata bərabərdir.
 
Ekspert Vüqar Bayramlı qəzetə deyib ki, manatın dollara olan məzənnəsi birbaşa dövriyyədəki milli valyutanın həcmindən asılıdır: "Mərkəzi Bank valyuta hərracları vasitəsilə dövriyyədə olan manat bazasının azaldılmasına nail ola bilib. Digər tərəfdən, aprelin 1-dən başlayaraq kommersiya banklarına nağdlaşdırma ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Hesablarında vəsaiti olan şirkətlər belə o vəsaiti nağdılaşdıra bilmir".
 
Ekspert vurğulayıb ki, manat qıtlığı olduğuna görə dollara tələbin artacağı ilə bağlı proqnozlar özünü doğrultmur: "Əslində, iqtisadi baxımdan dollara tələb artmalı idi, amma manat qıtlığı bu tələbi məhdudlaşdırdı. Çünki idxal artır, Azərbaycanın hər zaman idxal məhsullarına tələbatı böyükdür".
 
Ekspert yaxın dövrlə bağlı təxminlərini də dilə gətirib: "Əgər Mərkəzi Bank manat bazasının məhdudlaşdırılmasını davam etdirəcəksə, nağdlaşdırma ilə bağlı limitlər qalacaqsa, dollara tələb artmayacaq. Manat bazasının məhdudlaşdırması qısamüddətli dövrdə effektli ola bilər. Ortamüddətli dövr üçün manat bazasının optimallaşdırılması siyasəti həyata keçirilməlidir". /
 
 
V.Bayramlı qeyd edib ki, əksər dünya ölkələrində dollar bahalaşır.
 
İqtisadçı vurğulayır ki, Azərbaycanda məzənnə inzibati əsaslarla formalaşdırılır.

Google+ WhatsApp ok.ru