İspaniyada terror həyacanı bir dərəcə də artırıldı 08 Yanvar 2015 02:00 Dünya Fransada dünən baş verən hücumdan sonra İspaniyada da araşdırmalar yekunlaşana qədər tədbir məqsədilə təhlükəsizlik artırılıb. Maide.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi Fransada 12 nəfərin ölümünə səbəb olan terror hücumundan sonra ölkə üçün yeni bir risk olmadığını, buna baxmayaraq, təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib. İspaniyada terrora qarşı tətbiq olunan həyəcanın aşağı səviyyə olan 3-dən 2-yə qaldırılıb. Bununla əlaqədar olaraq metro, qatar stansiyaları və hava limanları kimi kütləvi nəqliyyat bölgələri ilə mümkün terror hücumunda hədəf ola biləcək enerji stansiyaları, infrastruktur mərkəzləri kimi yerlərdə təhlükəsizlik tədbirlərinin artırıldığı qeyd edilib. İspaniya Daxili İşlər naziri Manuel Diaz Parisdəki hücumla bağlı araşdırmaların başa çatana qədər təhlükəsizlik tədbirlərini artırmağı məqsədəuyğun gördüklərini bildirərək, Fransa, ABŞ, İngiltərə, Avstraliya kimi ölkələrin də analoji tədbirlər gördüyünü xatırladıb. Diaz həmçinin Parisdəki hücumdan sonra İspaniyanın "Əl Pais", "20 Minutos", "Libertad Digital" kimi bəzi qəzetlərin ofisləri qarşısına şübhəli paketlər qoyulmasına dair saxta bildirişlərin kimlər tərəfindən göndərildiyinə dair istintaq apardıqlarını, polisin bu hadisələrin səbəbkarları haqqında bəzi təxminləri olduğunu deyib. Teqlər : #İspaniyada terror həyacanı bir dərəcə də artırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada müsəlmanlar üçün telefonlar satışa çıxıb Kadırov Xodorkovskini şəxsi düşməni elan etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO