İspaniyada uşaqlar üçün də maska məcburi oldu

İspaniyada uşaqlar üçün də maska məcburi oldu

İspaniyada bütün vətəndaşlar, hətta yaşı 6-dan yuxarı uşaqlar üçün belə ictimai yerlərdə maska taxmaq məcburi elan edilib.

Səhiyyə Nazirliyi bildirib ki, sabahdan – mayın 21-dən qapalı ictimai yerlərdə və bayırda iki metrlik məsafə saxlamaq mümkün olmayanda maska taxmaq məcburidir. “Reuters” maska taxmağın səmərəsinin bütün dünyada qızğın müzakirə olunduğunu yazır.
 
İndiyədək İspaniyada COVID-19 xəstəliyinə 232 mindən çox yoluxma, 28 minə yaxın ölüm qeydə alınıb. Ölkə iqtisadiyyatı turizmdən asılıdır və martın ortasından karantin qaydaları ucbatından bu il 12,4%-lik azalma gözlənir.
 
Son günlər gündəlik 100-dən az ölüm halı qeydə alınır. Baş nazir Pedro Sanchez-in sol qanad koalisiyası iyunun sonunadək ikinci dalğa başlamasa, karantini əsasən qaldırmağı planlaşdırır. / azadliq.org

 

Google+ WhatsApp ok.ru