İspaniya Məclisi müstəqil Fələstin dövlətini tanıyıb

İspaniya Məclisi Fələstin dövlətinin tanınması üçün hökumətə təqdim olunan tövsiyə qərarını yekdilliklə qəbul edib. Fələstinin tanınması üçün bundan öncə də  İsveç, İrlandiya və Böyük Britaniya parlamentləri analoji addımlar atmışdılar. 
 
Maide.az xəbər verir ki, ana müxalifətdəki Sosialist İşçi Partiyasının (PSOE) məclis gündəminə gətirdiyi Fələstin dövlətinin tanınmasına yönəlik təklif hakimiyyətdəki Xalq Partiyasının (PP) mövqeyi ilə dəyişikliyə uğrasa da, "Fələstin dövlətinin tanınması" ifadəsi ilə qəbul edilib. Məclisdə qəbul edilən və İspaniya hökumətinə tövsiyə xarakteri daşıyan mətndə, "Beynəlxalq "hüquq mənasında Fələstin dövlətinin tanınması" qərarı verilib. Bu tanımanın hər iki tərəfin qarşılıqlı təhlükəsizliyini və əmin-amanlığını təmin edən, vətəndaşların hüquqlarına hörmət göstərən və regional sabitliyi təmin edən bir danışıq prosesinin nəticəsi olmasının lazımlılığı bildirilir.

Google+ WhatsApp ok.ru