İsrail əsgərləri 26 fələstinli jurnalisti öldürdü

İsrail əsgərləri 26 fələstinli jurnalisti öldürdü

İsrail rejiminin işğalı altında olan İordan çayının qərb sahillərində "Jurnalistlər Hədəfdə" adlı konfrans keçirilib. 
 
Konfransda iştirak edənlər son 4 ildə İordan çayının qərb sahillərində öldürülən fələstinli jurnalistlərin sayını açıqlayıblar. 
 
Bildirilib ki, 26 fələstinli peşə fəaliyyətini icra edərkən İsrail rejimi əsgərləri tərəfindən öldürülüblər. 
 
 "2013-cü ildən bu günə qədər 3 min dəfə jurnalistlərin hüquqları pozulub", - deyə konfransda çıxış edən Fələstin Jurnalist Həmkarlığı Birliyinin sədri Nasir Əbubəkr vurğulayıb.   
 
Qeyd edək ki, mətbuat konfransına Beynəlxalq Jurnalistlər Birliyinin sədri Filip Lerut da qatılıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru