İsrail baş naziri ABŞ-la fikir ayrılığının artdığını deyir

İsrail rejiminin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, Birləşmiş Ştatlar və İsrail İranın nüvə silahı istehsal etmək planlarının qarşısının alınmasının zəruriliyinə dair razılığa gəlsə də, buna nail olmağın yolları barədə razılaşa bilməyib.
 
O, bu açıqlamanı ABŞ Konqresində edəcəyi müraciətindən bir gün əvvəl verilb. Netanyahunun Konqresə dəvəti ABŞ-da mübahisələrə səbəb olub, çünki Ağ Evlə razılaşdırılmayan bu səfər Netanyahu ilə ABŞ prezidenti Barak Obama arasında münasibətlərin gərginliyini gündəmə gətirir.
 
Netanyahu deyir ki, ABŞ-la fikir ayrılıqları artmaqdadır, çünki Vaşinqton öz təhlükəsizliyindən narahat olduğu halda, İsrail mövcudiyyətinə təhlükədən narahatdır.

Google+ WhatsApp ok.ru