İsrail donanması Qəzzada balıqçı qayığını yandırıb, balıqçıları həbs edib

İsrail donanması Qəzzada balıqçı qayığını yandırıb, balıqçıları həbs edib

Dünən Qəzzanın şimal sahillərində işləri ilə məşğul olan iki fələstinli balıqçı işğalçı İsrail hərbi donanması tərəfindən təqibə məruz qalaraq həbs ediliblər.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, işğalçı rejimin hərbi katerləri Qəzzanın əl-Vəha sahillərində fələstinlilərə məxsus balıqçı qayığını təqib ediblər.
 
Yerli fəallardan olan Zəkəriyyə Bəkrin sözlərinə görə, göyərtəsində iki balıqçının olduğu qayıq odlu silahlarla atəşə tutulub və nəticədə alışaraq yanmağa başlayıb. Bu zaman işğalçı əsgərlər qayığı ələ keçiriblər və balıqçıları həbs ediblər.
 
Həbs edilənlərin Mahmud və Məhəmməd Əşkuntuna adlı qardaşlar olduğu bildirilir.
 
Qeyd edək ki, demək olar hər gün işğalçı rejimin hərbi donanması balıqçılıqla məşğul olan Qəzza sakinlərini hədəfə alır, onları təqib edərək həbs edir, bəzən də güllə yarası alan balıqçılar dünyalarını dəyişirlər.

Google+ WhatsApp ok.ru