İsrail hərbçiləri əsir fələstinlilərə hücum edib

Fələstinli əsirlər və azadələrin işləri üzrə heyət bildirib ki, mübarək ramazan ayının gəlib çatması ilə İsrail rejimi hərbçiləri Ramon İn zindanında fələstinli əsirlərə hücum edərək, onları döyüb, bir neçəsini də karserə salıblar.
Maide.az xəbər verir ki, Londonda nəşr olunan əl-Qüds əl-Ərəbi qəzetinin internet portalında yayımlanan məlumata görə, bu hadisə zamanı bir qrup fələstinli əsir yaralanıb.
Hazırda İsrail rejimi zindanlarında 7 minə yaxın fələstinli əsir var və son dərəcə ağır və dözülməz şəraitdə saxlanılırlar.
Fələstinli əsirlər heç bir qanuna və əxlaq normaların sığmayan rəftarlara məruz qalırlar. Fələstin İslami Cihad Hərəkatının üzvü Xızır Ədnan da daxil olmaqla 4 fələstinli əsir hazırda İsrail rejimi zindanlarındakı vəziyyətin xeyli ağır və dözülməz olmasına etiraz olaraq, aclıq aksiyasına başlayıb./
 

Google+ WhatsApp ok.ru