İsrail hərbçiləri HƏMAS-ın rəhbərlərindən birini oğurlayıb -FOTO

İşğal olunmuş Fələstin ərazilərində gərginliyin davam etməsi ilə, Sionist rejiminin hərbçiləri Ramallah şəhərinin qərbində bir Parlament üzvü və HƏMAS rəhbərlərindən biri hesab olan şəxsi oğurlayıb, eləcədə fələstinlilərə məxsus bir mənzili dağıdıblar.
 
Maide.az xəbər verir ki, İsrail rejimi hərbçiləri çərşənbə günü səhər Parlament üzvü və HƏMAS rəhbərlərindən biri hesab olan Həsən Yusifi Ramallah şəhərinin cənub qərbində yerləşən Beytuniya rayonunda həbs edərək Oufər həbsxanasına aparıblar.
 
İsrail rejimi Həsən Yusifi bir il inzibati həbsdə saxladıqdan sonra, iyunda sərbəst buraxmışdı.
 
Məlumata görə, sionist hərbçiləri həmçinin çərşənbə axşamı günü səhər 35 fələstinlini Qərb sahilində oğurlayıblar.
 
İşğalçı rejimin hərbçiləri eləcədə bugün səhər Qərb sahilinin Əl-Xəlil şəhərində fələstinli əsir Həmd- əl- Həşləmunun evini viran qoyublar./
 

Google+ WhatsApp ok.ru