İsrailin cinayətlərinə etiraz olaraq 50 əsgər rejimin ordusundan imtina edib

 

İşğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətlərə etiraz olaraq 50-dən çox əsgər sionist ordusunda xidmət etməkdən imtina edib.

Amerikanın "Washington Post" qəzeti yazır ki, 50-dən çox əsgər yazılı formada ordu rəhbərliyinə bu barədə müraciət göndəriblər.

"İşğal olunmuş ərazilərdə keçirilən hərbi əməliyyatlarda iştirak edən ordu, Fələstin xalqının həyatının idarə edilməsi üçün yeganə mexanizm deyil. Burda bütün hərbi sistem işə salınıb. Bizim sayımız 50 nəfərdən çoxdur. Biz İsrail ordusunu və hərbi mükəlləfiyyəti haqqında qanunu dəstəkləmirik. Məhz bu səbəbdən biz İsrail Silahlı Qüvvələrində hərbi xidmətdən imtina edirik. Bizə qoşulan hər bir kəsi dəstəkləyəcəyik", - deyə hərbi xidmətdən imtina edən əsgərlərin ərizəsində bildirilir. deyerler.org /

 

 

Google+ WhatsApp ok.ru