İsrailin fələstinli uşaqlara qarşı cinayətləri artıb

İsrailin fələstinli uşaqlara qarşı cinayətləri artıb

Fələstinli Əsir və Azadələrin məsələləri üzrə komitəsi sionist rejimin fələstinli uşaqlara qarşı cinayətlərinin artmasından nigaranlıq edib.

Maide.Az-ın məlumatına görə, Fələstinin Əsir və Azadələrin məsələləri üzrə komitəsinin rəhbəri İsa Qəraqi bildirib: Sionist hərbçilər Qüds İntifazəsi başlandığı zamandan indiyə qədər 6000 fələstinlini həbs ediblər. Onların üçdə ikisini 18 yaşdan aşağı fələstinlilər təşkil edir. Sionist işğalçılar bu uşaqlardan 100-nun həbsi və dindirilməsi zamanı işgəncələr verib. Həmçinin sionist həbsxanalarda 450 fələstinli uşaq vardır. Onların on beşini Eldamun və Heşarun həbsxanasında olan qızlar təşkil edir.

İsa Qəraqi sözlərinə əlavə edib: Fələstinli uşaqları repressiya etmək, hüquqlarını tapdalamaq, beynəlxalq qanunlara etinasızlıq nümayiş etdirmək beynəlxalq dairələr və insan haqları qurumları üçün xəcalət ləkəsidir. Çünki onlar sionist işğalçıların azyaşlı fələstinlilərə qarşı repressiv siyasətlərinə son qoymağa acizdirlər. /

Google+ WhatsApp ok.ru