İsrailin Qəzzaya hücumları nəticəsində 502 fələstinli öldürülüb

 İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində ölənlərin sayı 502 nəfərə çatıb.

Maide.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Həmçinin məlum olub ki, İsrail ordusunun hücumları nəticəsində 3150 nəfər fələstinli yaralanıb.

Qeyd olunub ki, İsrail hərbi təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə hücumundan sonra bir ailəyə məxsus evin dağıntıları altından 6-sı uşaq olmaqla, 9 nəfərin cəsədi çıxarılıb. Rəfah şəhərinə hücum nəticəsində isə 7-si uşaq olmaqla 9 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru