İsrailin zülmü davam edir 16 Sentyabr 2015 01:00 Fələstin Qüdsün müxtəlif bölgələrində İsrailin Məscidi Əqsaya qarşı hücumlarına etiraz edən nümayişçilər ilə İsrail rejiminin əsgərləri arasında baş verən qarşıdurmada 9 fələstinlinin yaralandığı, 4 fələstinlinin isə atılan qazdan təsirlənərək boğulma təhlükəsi ilə üzləşdiyi bildirilir. Maide.az xəbər verir ki, şahidlərin sözlərinə görə axşam saatlarında Qüdsdəki Qədim şəhərlə yanaşı, Ram, Anata, Əbu Dis və Əl-Ayzariyə bölgələri ilə Kalendiya qaçqın düşərgəsində sionist rejimin əsgərləri ilə toqquşmalar olub. Qüdsdəki xəstəxana rəsmiləri də Kalendiya qaçqın düşərgəsində biri başından olmaqla 9 fələstinlinin yaralandığını, Qüdsün Ram mahalında 1 və Qədim şəhərdə isə 3 nəfərin atılan qazdan təsirlənərək boğulma təhlükəsi üzləşdiyini təsdiqləyib. Teqlər : #İsrailin zülmü davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Hizbullah` Əqsa məscidi ilə bağlı bəyənat yaydı Netanyahu: Məscidi Əqsadakı mövcud vəziyyəti davam etdirməyə qərarlıyıq
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar