İsrailli alim Dağlıq Qarabağa qanunsuz səfər edib

İsrailin tanınmış alimi, professor Yair Auron Dağlıq Qarabağa qanunsuz səfər edib. Musavat.com erməni qaynaqlarına istinadən xəbər verir ki, burada o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. 
 
Separatçıların lideri Auronun qondarma erməni “genosidi” tarixi üzrə araşdırmalarını yüksək qiymətləndirdiyini, bu “təhqiqatların” saxta soyqırımın dünyada tanınması işinə mühüm töhfə verdiyini söyləyib. 
 
Azərbaycan XİN-i yəqin ki, bu yəhudi alimi də arzuolunmaz şəxslərin “qara siyası”na daxil edəcək.

Google+ WhatsApp ok.ru