BDYPİ sürücülərə xəbərdarlıq edib: Ölkə ərazisində bəzi avtomobil yollarını buz bağlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb. 
 
BDYPİ-dən verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub:  “Hazırda  Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala,  Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində  yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.
 
BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.
 
BDYPİ  bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib. 

Google+ WhatsApp ok.ru