İsrailli general: “İsrail hökuməti yalan deyir, Qəzzada məğlub olduq”

İsrail ordusunun keçmiş generalı sionist rejimin yəhudi xalqını və dünyanı aldatdığını bildirib. O, "İsrail hökuməti müharibəni qazandıqlarını iddia edərək, əvvəlcə özlərini sonra dünyanı daha sonra da İsrail xalqını aldadır. Madam ki, İsrail hökuməti müharibəni qazandı, niyə görə, siyasi müstəvidə bu müvəffəqiyyəti nümayiş etdirmir? Bunun da günahını Həmasa atır" deyib. 
 
Sionist İsrailin Milli Təhlükəsizlik İdarəsinin keçmiş sədri, təqaüdə çıxmış ordu generalı Giora Eiland İsrailin ikinci kanalına verdiyi açıqlamada işğalçı rejimin müvəffəqiyyətsizliyi haqqında danışıb. Eiland, "Fələstin müqaviməti ilə aparılan müharibənin nəticələri Təl-Əviv hökumətinin rəsmilərini çətin vəziyyətə salıb. Şübhəsiz ki, İsrail hökumətinin yeni bir reallığı nəzərə alması lazımdır. İsrailin siyasi və təhlükəsizlik sistemi reallığı nəzərə alaraq yenidən təşkilatlandırılmalıdır. Benyamin Netanyahunun səhv proqnozları bu təşkilatlandırma müddətində nəzərə alınmamalıdır" - deyə, bildirib.
 
AzadXeber.az-ın məlumatına görə, Eiland deyib ki, İsrail Qəzza müqavimətinə qarşı müvəffəqiyyətsiz olduğunu etiraf etməlidir: "İsrailli rəsmilərin müharibədə qazandıq deməsi həqiqətə uyğun deyil. Müharibədə öldürülən mülki insanlarının sayı bu müharibəni qazanan tərəfi müəyyənləşdirmək üçün əsas götürülə bilməz. Həqiqət budur ki, "Qəssam Briqadaları" başlatdığımız bu müharibəyə qarşı çox yaxşı hazırlanmışdı. Onlar müharibə ərzində mükəmməl bir hazırlıq içindəydi və müvazinətlərini itirmədikləri kimi təhlükədə olduqlarını da hiss etmədilər. İsrail hökuməti müharibəni qazandıqlarını iddia edərək əvvəlcə özlərini sonra dünyanı daha sonra da İsrail xalqını aldadır. Madam ki, İsrail hökuməti müharibəni qazandı niyə görə, siyasi müstəvidə bu müvəffəqiyyəti göstərə bilmir? Bunun da günahını Həmasa atır". 
 
Sionist general işğalı gücləndirmək üçün Qəzzaya gedən bütün yardım yollarını bağlamağı təklif edib: "Qəzzaya açılan bütün kömək yollarının qarşısını almalı, onlara qarşı təzyiqimizi artırmalıyıq. Yalnız neft və elektrik verilməsində deyil, içki və su verilməsi mövzularında da təzyiq edə bilərik. Mənə görə, müharibə apardığımız bir bölgəyə yardım getməsinə icazə vermək çox məntiqsizdir. Həmasın atdığı roketlərə cavab olaraq raket atmağımız Həmasın vecinə deyil, ancaq Qəzzaya edilən bütün yardımların qarşısını kəsəcəyiniz təqdirdə onlar bunu ciddi qəbul etməyə başlayacaqlar".

Google+ WhatsApp ok.ru