İsrailli millət vəkili: `Analarını, körpələrini də öldürək`

 Qəzzada daha çox qan tökülməsini istəyən israilli millət vəkili Ayelet Şaked fələstinli uşaqların analarını və hələ dünyaya gəlməmiş körpələri belə öldürməyə çağırıb.
 
Qeyd edək ki, Qəzzada ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və yaşlılardır.
Həyatını itirənlər arasında 33 uşaq, 20-yə yaxın qadın var.
 
Ayelet Şaked öz facebook səhifəsində sionistlərin Qəzzədəki cinayətlərini dəstəkləyib. O Fələstinlilərin hamısını İsrailin düşməni adlandırıb və qanlarının tökülməsini istəyib.
 
O deyib ki, İsrailin hücumları zamanı ölən şəxslərin analarıda öldürülməlidir. Fələstinlilərin evləri israiliin düşmənlərinin yetişdiyi yuvalardır və yandırılmalıdır. 
 
İndipendet qəzetinin İsrailli jurnalisti Mira Barhil  “Niyə istəyirəm İsrail pasportumu yandırım” adlı məqaləsində sionist rejimin millət vəkili Ayelet Şakedi tənqid edib.
 
O deyib ki, bir zaman faşistlər Polşanı işğal edib yəhudiləri öldürdükdə onlardan bunun səbəbini soruşanda deyərdilər ki, yəhudilərdən soruşun. Ayelet Şakedin Fələstinlilərin öldürülməsi ilə bağlı mövqeyi faşistlərin mövqeyi ilə eynidir.

Google+ WhatsApp ok.ru