İsrail qüvvələri daha 23 fələstinlini saxladı

İsrail qüvvələri daha 23 fələstinlini saxladı

İsrail rejimi qüvvələri İordan çayının qərb sahilinə növbəti dəfə basqın təşkil edib.

Bu barədə İsrail ordusundan açıqlama verilib. Basqınlar zamanı 23 fələstinli saxlanılıb.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır.  /eastnews.org/

Google+ WhatsApp ok.ru